AZ

Pakistanda baş verən yanğında ölənlərin sayı 60-a çatıb

Yanvarın 17-də Pakistanın Karaçi şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 60-a çatıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə qrupları ticarət mərkəzindəki bir mağazadan təxminən 30 cəsəd tapdıqdan sonra yanğın nəticəsində ölənlərin sayı 60-a çatıb. Eyni zamanda onlarla insan hələ də itkindir.

Xatırladaq ki, hadisə zamanı təxminən 8000 kvadratmetr sahəni əhatə edən 1200 mağazadan ibarət böyük bir tikili yanıb. Yanğının səbəbi məlum deyil.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr