AZ

Qəbul imtahanlarının ikinci mərhələsinin tarixləri açıqlanıb

Bakı, 22 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdinin tarixlərini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı may ayında təşkil olunacaq.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may–iyun aylarında keçiriləcək.

Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel–may aylarında aparılacaq.

Seçilən
61
1
azertag.az

2Mənbələr