“ABŞ administrasiyası Kuba iqtisadiyyatını “çöküş astanasında” kimi qiymətləndirib. Buna görə də,Venesuela prezidenti Nikolas Maduronun “həyati vacib himayədarını” itirməsindən sonra Kubahökumətinin heç vaxt indiki qədər həssas olmadığı qənaətinə gəlib”,- mənbələr qəzetə deyiblər.
Nəşr bildirir ki, ABŞ-nin Kubada hökuməti devirmək üçün konkret planı yoxdur, lakin Vaşinqton Maduronun ələ keçirilməsinə“hərəkət modeli və xəbərdarlıq”kimi baxır.
![]() |
| Tramp Rubionun Kuba prezidenti olması ideyasını dəstəkləyib |
“Reuters” agentliyi isə ABŞ kəşfiyyatının Kubanın iqtisadi vəziyyətini “son dərəcə ağır” kimi qiymətləndirdiyini yazmışdı. Lakin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) böhranın hökumətin iflasına gətirib çıxaracağı iddiasını birmənalı saymır.
Hələ yanvarın 5-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Kuba“görünür, yıxılmaq üzrədir”. O, ölkənin“heç bir gəlirinin olmadığını”iddia edib, çünki Havanaya maliyyə axını yalnız Venesueladan gəlirdi. Yanvarın 12-də isə Amerika liderimümkün razılaşma barədə Vaşinqtonun Kuba hakimiyyəti ilə əlaqə saxladığını bildirib.
Donald Tramp hətta Dövlət katibi Marko Rubionun Kuba prezidenti olması ilə bağlı irəli sürülən zarafat xarakterli ideyanı da dəstəkləyib.
Sahil İsgəndərov
AzVision.az
-1768137298.jpg&h=170&w=250&zc=1&q=70)