Davosda keçirilən 56-cı Ümumdünya İqtisadi Forumunun iclasında çıxış edən ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlama verib.
Publika.az xəbər verir ki, Tramp iki ölkənin razılığa gələ biləcəyini bəyan edib.
"İnanıram ki, onlar razılığa gələ biləcəkləri bir nöqtəyə çatıblar və əgər bunu bacarmasalar, axmaqdırlar. Bu, hər ikisinə aiddir və bilirəm ki, onlar axmaq deyillər", - o söyləyib.
Tramp vurğulayıb ki, hər həftə cəbhə xəttində minlərlə insan ölür və buna dərhal son qoyulmalıdır: