AZ

Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

BAKU.WS-in məlumatına görə, zərərçəkənlər polisə müraciət edərək mənzillərindən qızıl-zinət əşyaları və mobil telefonlarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb.

Sumqayıtda isə müxtəlif markalı nəqliyyat vasitələrindən maqnitofon və səs gücləndirici oğurlamaqda şübhəli bilinən Ə.Babaşov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
28
11
far.az

10Mənbələr