AZ

Dövlət Vergi Xidməti beynəlxalq tədbirdə təmsil olunub

Türkiyədə II Beynəlxalq Qara dəniz Rize Ayder Forumu keçirilib. Bu forum Qara dəniz və Avrasiya regionunun enerji təhlükəsizliyi və iqtisadi baxımdan daha güclü, rəqabətqabiliyyətli və inteqrasiya olunmuş bir məkan kimi formalaşmasına xidmət edən əhəmiyyətli təşəbbüs hesab olunur.

“Enerji, qlobal təhlükəsizlik və diplomatiya” adı altında keçirilən təbdirdə regional və qlobal enerji rəqabəti, dayanıqlı inkişaf, enerji diplomatiyası, eləcə də regionda strateji əməkdaşlıq perspektivləri mövzuları ətrafında geniş müzakirələr aparılıb. Forumda Türkiyə ilə yanaşı, Rusiya, Çin, Pakistan, Hindistan, Cənubi Koreya və digər ölkələrin dövlət orqanlarının nümayəndələri, beynəlxalq ekspertlər, elm ictimaiyyəti, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçiləri bir araya gələrək, regionun potensialının qlobal miqyasda daha effektiv təqdim olunması ilə bağlı rəy və təkliflərini diqqətə çatdırıblar.

Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov təmsil edib və "Qara dəniz - Avrasya bölgəsində enerji rəqabəti ve enerji strategiyalarının gələcəyi" adlı panel müzakirədə "Azərbaycanın enerji təhlükəsizliyində vergi siyasətinin strateji rolu" mövzusunda məruzə ilə çıxış edib. Mirəli Kazımov forum çərçivəsində bir sıra xarici ali təhslil müəsssisələrinin rəhbərləri və nümayəndə heyətləri ilə görüşlər də keçirib. Görüşlərdə Dövlət Vergi Xidməti əməkdaşlarının xarici ali təhsil müəssisələrində təcrübə keçməsi imkanları, ixtisasartırma, birgə elmi tədqiqatların aparılması və digər məsələlər müzakirə edilib.

Forumun işində fəal təmsilçiliyi nəzərə alınaraq, Dövlət Vergi Xidməti Təşkilat Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Seçilən
44
vergiler.az

1Mənbələr