AZ

“Riskləri tamamilə azaldan iqtisadi mexanizm yoxdur”

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Geosiyasi və iqtisadi riskləri tamamilə azaldan konkret hər hansı bir iqtisadi mexanizm yoxdur. Dünyada inkişaf etmiş ölkələr və inkişafda olan ölkələr var. Hər hansısa bir ölkəni deyə bilmərik ki, tamamilə öz yerli istehsalının sayəsində ölkədaxili təminatını görür, yaxud da ticari tərəfdaşlarının sayı olduqca çoxdur. Təbii ki, bu, inkişaf etmiş ölkələrdə inkişaf etməkdə olan ölkələrə nisbətən çoxdur. Lakin hər hansısa bir geosiyasi gərginliyin olması vəziyyətində həmin o inkişaf etmiş ölkələr belə risk qarşısında qalır. Sadəcə geosiyasi gərginlikdən, iqtisadi risklərdən çox təsirlənən inkişaf etməkdə olan ölkələrdir. Xüsusilə də Azərbaycan kimi idxaldan asılı qalan, həmçinin dövlət büdcəsinin əsası neftdən gələn gəlirlər hesabına təşkil olunan ölkələrdir. Bu ölkələrdə risk faktorunu minimuma endirmək üçün valyuta gəlirləri artıq olmalıdır ki, hər hansı bir risk durumunda milli valyutanın dayanıqlığı qoruna bilsin”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova söyləyib.

G.Hüseynova bildirib ki, Azərbaycan da daxil olmaqla həmin ölkələr üçün qeyri-neft sektorunun inkişafı prioritet məsələyə çevrilməlidir: “Çünki qlobal iqtisadiyyatda hər hansı risk, gərginlik olanda bu, təkcə hökumətin problemi deyil, özəl sektorla birbaşa əlaqəlidir. Qlobal iqtisadiyyatda baş verən proseslərdə əgər gərginliklər artarsa, iqtisadi təzyiqlərə məruz qalarsa, artıq milli valyutanı qorumaq mümkünsüzdür, devalvasiya şəraiti yaranır. Bu durumda da işsizlik artır. İşsizliyin artması da birbaşa özəl sektora da təsir göstərir, onların dövlət büdcəsinə ödənilən vergilərinin gecikməsinə də səbəb olur. Yəni bu sahələlər bir-birilə əlaqəlidir. Bu kimi ölkələrdə çıxış yolu ticari tərəfdaşlarının sayının artırılması, milli valyutanın dayanıqlığının qorunub saxlanması yönündə işlər görülməsi, bundan əlavə, özəl sektorun inkişaf etməsi, özəl sahibkarlığa dəstəyin yaranması hallarıdır”.

İqtisadçı qeyd edib ki, dünyanın supergüc ölkələri də risk olan zaman birbaşa həmin risklərdən təsirlənir: “Bu ölkələrin innovativ inkişafı yüksək səviyyədə olmalıdır. İnkişaf etməkdə olan ölkələrdə isə ticari tərəfdaşların sayını artırmaq lazımdır. Ticari tərəfdaşların sayını artırıb müxtəlif bazarlara yönəlmək lazımdır. Yəni ixrac potensialını artırmaq gərəkdir ki, hər hansısa bir durumda ölkə iqtisadiyyatının çətin vəziyyətə gəlməməsi üçün bu mexanizmlərin olması ən azından risklərin səviyyəsini minimum artırar, orta müddətdə həmçinin də ölkə iqtisadiyyatını qorumaqda mühüm rol oynayar”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr