AZ

Qazaxıstanda dəhşət: Övladlarını ütü ilə yandırıb, dəmirlə döyən ana həbs olundu

Qazaxıstanın Şımkent şəhərində polis dəhşətli hadisənin üstünü açıb.
 
7News.Az xaici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə Şimkent şəhərində çəkildiyi bildirilən görüntülərin yayılmasından sonra polis hərəkətə keçib.
 
Videoda müxtəlif yaşlarda, sarğılı, müxtəlif yaralar və yanıqlardan əziyyət çəkən uşaqların görüntüsü, hər kəsi narahat edib.
 
Uşaqların öz anaları tərəfindən zorakılığa məruz qaldığı məlum olub.

Hadisə 9 və 11 yaşlarında olan iki uşağın məktəbdən çıxdıqdan sonra müəllimlərinin təşvişə düşməsi ilə  aydın olub. Uşaqları yoxlamaq üçün evə gələn müəllimlər onların dəhşətli vəziyyətini görüb, video çəkiblər. Daha sonra isə polisə müraciət ediblər.
Uşaqların nənəsi sorğu zamanı ananın övladlarına şiddət göstərdiyini təsdiqləyib:
 
"Ana uşaqları şiddətlə döyür, onları ütü ilə yandırır, metal əşyalarla, hətta dəmirlə vurur. Onları "Koşkarata" çayına aparıb soyuq su ilə isladıb, sonra evə gətirib vanna otağında saçlarını kəsib, kibritlə yandırıb. Sobada çəngəl qızdırıb uşaqların ağızlarına basıb".
Şimkent Polis İdarəsindən verilən məlumata görə ana həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

 

 
 


Seçilən
149
7news.az

1Mənbələr