AZ

Çin Rusiyaya balıq ixracını rekord həddə çatdırıb

Ötən il Çin Rusiyaya balıq ixracını artıraraq rekord həddə - 188 milyon dollara çatıb..

Poliqon bu barədə Çin Gömrük Xidmətinin məlumatlarına istinadən xəbər verir.

Ötən il bu rəqəmlər 141,1 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 34% artım və 2015-ci ildən bəri ən yüksək həcmdir.

2025-ci ildə Çin Rusiyaya ən çox dondurulmuş balıq (132,6 milyon dollar), həmçinin balıq filesi (52,6 milyon dollar) və qurudulmuş balıq (2,9 milyon dollar) verib.

Poliqon.info

Seçilən
96
poliqon.info

1Mənbələr