Bakı.Trend:
İşəgötürən qanunvericiliyin icazə verdiyi hallarda (fasiləsizistehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digərxidmət müəssisələri və s.) işçini ay ərzində nəzərdə tutulanistirahət günlərində işə cəlb edərsə, əlavə ödəniş etməlidir.
Trend xəbərverir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisiVəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrəgördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilənmətbuat konfransında çıxış edərkən deyib.
V.Quliyev bildirib ki, Əmək Məcəlləsinin 164-cü maddəsinəəsasən, işçinin istirahət, səsvermə, bayram və ümumxalq hüzngünlərində işə cəlb edilməsi halında əməkhaqqı artırılmış məbləğdəödənilməlidir.
“Belə ki, vaxtamuzd əməkhaqqı sistemində – gündəlik tarifmaaşının ən azı iki misli,İşəmuzd əməkhaqqı sistemində – ikiqatişəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan işçilərəisə:
o iş aylıq iş vaxtı norması daxilində görüldükdə – maaşdan əlavəgündəlik vəzifə maaşı qədər, o iş aylıq normadan artıq görüldükdə –maaşdan əlavə gündəlik vəzifə maaşının iki misli ödənilir”.
Xidmət rəisi vurğulayıb ki, həmçinin işçi öz istəyi ilə əlavəəməkhaqqı əvəzinə başqa istirahət günü (əvəzgün) ala bilər. Əlavəolaraq, işəgötürən işçini həmin günlərdə normadan artıq işlədirsə,bu, iş vaxtından artıq iş hesab olunur və Əmək Məcəlləsinin 165-cimaddəsinə uyğun olaraq hər saat üçün ikiqat məbləğdən az olmayaraqödənilməlidir.