AZ

Motosiklet sürücüsü qəzada həlak olub VİDEO

Bakı, 22 yanvar, AZƏRTAC

Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində - Əhməd Rəcəbli və Fətəli xan Xoyski küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində motosikletin sürücüsü, 19 yaşlı Ramal Səfərli həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Bildirilib ki, yollarda faciələrin yaşanmaması üçün hərəkət iştirakçıları diqqətli olmalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər.

Seçilən
33
3
azertag.az

6Mənbələr