
Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrəyə səfər edib.
Missiya.Az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin məlumat verib.
Onun sözlərinə görə, Ukrayna lideri Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.
Xarici KİV-nin məlumatına görə, Zelenski burada ABŞ Prezidenti Donald Trampla da görüş keçirəcək.
Daşqın HəsənovMissiya.Az