AZ

FT: ABŞ ın ticarət naziri Davosdakı şam yeməyində qalmaqal yaratdı

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın ticarət naziri Hovard Lütnik Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən şam yeməyində qalmaqal yaradıb, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard isə onun çıxışı zamanı zalı tərk edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” nəşri məlumat əldə edib.

Bir neçə iştirakçının sözlərinə görə, çərşənbə axşamı axşam Lütnikin aqressiv çıxışlarından sonra tədbirdə kəskin reaksiya yaranıb. Tədbirin təşkilatçısı, "BlackRock" rəhbəri və WEF-in müvəqqəti həmsədri Larri Finkin sakitlik çağırışlarına baxmayaraq, zalda uca səslər və etirazlar eşidilib.

Həmsöhbətlər qeyd ediblər ki, Laqard Lütnikin çıxışı zamanı tədbiri tərk edənlər arasında olub.

İştirakçılardan birinin dediyinə görə, Lütnik auditoriyaya bəyan edib ki, dünya bərpa olunan enerji mənbələrinə deyil, enerji mənbəyi kimi kömürə diqqət yetirməlidir. O, həmçinin Avropa ilə bağlı alçaldıcı şərhlər səsləndirib.

Bundan əvvəl o, FT üçün yazdığı məqalədə qeyd etmişdi: "Biz Davosa status-kvonu dəstəkləmək üçün getmirik. Biz ora ona açıq şəkildə qarşı çıxmaq üçün gedirik".

O, həmçinin yazmışdı: "Biz burada, Davosda bunu aydın şəkildə bildirmək üçün varıq: Prezident Trampla kapitalizm yeni bir "şerif” qazanıb".

İştirakçı rəhbərlərdən biri ab-havanı "gərgin", digəri isə "səs-küylü və kəskin" kimi təsvir edib.

İki rəhbər şəxsin bildirdiyinə görə, Lütnikin sözlərinə etiraz edərək qışqıranlardan biri ABŞ-ın keçmiş vitse-prezidenti El Qor olub.

ABŞ Ticarət Nazirliyi isə bəyan edib: "Yalnız bir nəfər qışqıraraq irad bildirirdi, o da El Qor idi".

"Mən oturub onun çıxışını dinləyirdim. Onun sözünü heç bir şəkildə kəsməmişəm. Bu administrasiyanın enerji siyasətini dəli işi hesab etməyim sirr deyil. Çıxışının sonunda mən hiss etdiyim kimi reaksiya verdim və bir neçə başqa adam da eyni cür etdi", deyə Qor bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Davosdakı çıxışı zamanı II Dünya Müharibəsi illərində Almaniyanın Danimarkanı işğal etməsini Qrenlandiyaya nəzarət etmək istəməsinin arqumentləri arasında xatırladıb.

O, həmçinin bildirib ki, Qrenlandiyanı Danimarkadan satın almaqda heç bir problem görmür – necə ki, ABŞ keçmişdə ərazilərinin bir hissəsini əldə edib.

Alpər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
qaynarinfo.az

1Mənbələr