AZ

Putin–Tramp alveri: Qrenlandiya mesajı NƏDƏN XƏBƏR VERİR?

Trampın Qrenlandiyanı ələ keçirməsinə Putin münasibət bildirib. Deyib ki, o vaxt 7,2 milyon dollara ABŞ bizdən Alyaskanı necə almışdısa, üstünü də bir az düzəldərək Qrenlandiyanı da ala bilər. Hətta müqayisə aparıb ki, o vaxtın 7 milyon dolları indinin təxminən 150 milyon dolları deməkdir.

Putinin bu fikirləri nəyə hesablanıb?

Əziz
Əziz Əlibəyli

Məsələ ilə bağlı NOCOMENT.az-a danışan Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib ki, Putinin Trampın onu Sülh Şurasına dəvət etməsi və bunun üçün 1 milyard dollar istəməsi maraq doğurur:

“Putin həmçinin deyib ki, dəvətə və hörmətə görə Tramp sağ olsun, qoşulmaq üçün isə tələb edilən pulu Rusiyanın qərbdə dondurulan aktivlərindən tuta bilər. Bu ikilinin dollar, alqı-satqı və təşəkkürlə sevgi dolu məktublaşmasından sonra qısa bir suala da cavab verək:

Rusiya necə oldu ki, Alyaskanı ABŞ-yə satdı?

Rusiya Krım müharibəsindən sonra zəifləmişdi və Alyaskanı müdafiə edə bilməyəcəyini düşünürdü. Ən böyük qorxu – Britaniyanın Alyaskanı (Kanada vasitəsilə) müharibə zamanı asanlıqla ələ keçirə bilməsi idi. Rusiya istəmirdi ki, düşməni Britaniya yaxınında olsun. Buna görə ABŞ-yə satmaq daha yaxşı variant idi. ABŞ ilə münasibətlər o vaxt yaxşı idi.
Nə biləydilər ki, 30 il sonra qızıl yataqları kəşf ediləcək”.

Əlibəyli deyib ki, Putin və Tramp alver edirlər:

“Putin tarixi analogiya ilə yeni anlaşmaya işarə edir, əslində yeni məsələdə anlaşdıqlarını açıqlayır.

Pul ilə ikisi də qazanıb, Krımla bağlı isə Rusiyanın 300 milyardlıq donan pullarının buzunu əridəcəklər. Dollar, torpaq alveri, siyasət və yenə Rusiya -ABŞ münasibətləri ön plandadır” – deyə ekspert vurğulayıb.

Seçilən
86
nocomment.az

1Mənbələr