AZ

Deputat yenidən həkim rezidentlərin əməkhaqqı məsələsinə toxunub

Milli Məclisdə həkim rezidentlərin əmək haqqı ilə bağlı mövzu diqqət mərkəzinə gətirilib. Deputat Rəşad Mahmudov bildirib ki, rezidentlər hazırda təqaüd formatında ödəniş alır və bu, əsl əməkhaqqı hesab edilə bilməz. Deputat dinləmə formatında məsələni müzakirə etməyi təklif edib. 

Komitə sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, rezidentlərin maaşı həkimlərin orta əməkhaqqı səviyyəsinə uyğun müəyyən edilir və xəstəxananın gəlirindən əlavə ödəniş mexanizmi olmalıdır. Onun sözlərinə görə, icbari tibbi sığorta sertifikatı olmayan həkim maaş ala bilmir və məsələnin qaydaya salınması üçün aiddyatı qurumlarla müzakirəsi vacibdir.

Gülnar Nazimqızı 

Seçilən
61
2
anews.az

3Mənbələr