AZ

İsxak Hersoq: İsrail Suriya ilə münasibətlərdə ehtiyatlı davranır

İsrail Suriya ilə münasibətlərdə ehtiyatlı davranır.

APA xəbər verir ki, bu barədə İsrail Prezidenti İsxak Hersoq Davosda Dünya İqtisadi Forumunda bildirib.

O, ölkəsinin Suriyaya ehtiyatla yanaşdığını qeyd edib.

“Suriya xalqı daha yaxşı həyat istəyir və biz Suriya hökumətinə bu işdə uğur arzulayırıq”, - İsxak Hersoq deyib.

İsrail Prezidenti Suriyanın cənubunda müttəfiqləri olan druzlar və kürdlərlə bağlı vəziyyətdən narahatlığını ifadə edib.

“Amma ümumi fikir budur ki, İsraillə Suriya arasında sülh şəraiti bərqərar olmalıdır”, - İsrail Prezidenti vurğulayıb.

Seçilən
1
2
apa.az

3Mənbələr