AZ

İki müqəddəs məscidi ziyarət edənlərin sayı 79 milyon nəfərə çatıb

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı bu ay iki müqəddəs məscidə  - Məkkədəki Haramül Məscidə və Mədinədəki Məscidi Nəbiyə gələn ziyarətçilərin sayı 78 milyon 843 min 425 nəfərə çatıb.

Hafta.az yazır ki, bu barədə İki Müqəddəs Məscidin Nəzarəti üzrə Baş İdarə  məlumat yayıb.

Bu rəqəmdən ümumilikdə 14 milyon 875 min zəvvar Ümrə ziyarətinə gələnlərdir, Böyük Məsciddə ibadət edənlərin sayı isə 34 milyon 954 min 367 nəfərə çatıb ki, bunlardan 54402 nəfəri Hicr İsmayılda (Kəbəyə bitişik yarımdairəvi divar) ibadət edənlərdir.

Mədinədə Peyğəmbər məscidində ibadət edənlərin sayı 25 milyon 74 min 929 nəfərə çatıb, Ravdə Şərifədə isə 1 milyon 293 min 867 nəfər namaz qılıb.

Seçilən
93
hafta.az

1Mənbələr