AZ

Marketlərdəki şübhəli məhsullar gündəmdə - AQTA açıqladı

Son günlər Bakı mağazalarının vitrinlərini olduqca ucuz qara və qırmızı kürü məhsulları bürüyüb. Supermarketlərin soyuducularında qiymətlərin 200 manatdan 8 manata, hətta 3 manat 75 qəpiyə qədər düşməsi alıcıların diqqətini cəlb edir. Lakin bu qiymətə təklif olunan kürü məhsullarının təbii olması real görünmür.

Qiymətlərin kəskin ucuzlaşması bu məhsulların təbii olması ilə bağlı şübhələr yaradıb.

 Məsələ ilə əlaqədar “Yeni Sabah”ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama verib.

Agentlikdən bildirilib ki, minimum keyfiyyət göstəricilərinə cavab verən məhsulların ölkəyə idxalına və daxili bazarda dövriyyəsinə icazə verilir: 

“Qanunvericiliyə əsasən, yalnız təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri, həmçinin düzgün etiketləmə tələblərinə cavab verən qida məhsullarının idxalına və dövriyyəsinə icazə verilir. Saxta qida məhsullarının istehsalı və dövriyyəsi qanunvericiliklə qadağandır”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
134
yenisabah.az

1Mənbələr