AZ

Bu halda işçilər güzəştlərdən məhrum olur

“İstehsalat sahəsində zərərli və ağır şərtləri olan işlərdə çalışan işçinin əmək müqaviləsi bildirişi "e-gov.az" portalında qeydiyyata alınarkən, iş şəraitinin zərərli olması barədə müvafiq qeydlər daxil edilmədikdə, işçi əlavə məzuniyyət, qısaldılmış iş vaxtı və əməkhaqqına əlavələr kimi güzəştlərdən məhrum olur”.Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında Metbuat.az-ın müxbirinin üsualını cavablandırarkən bildirib. Xidmət rəisi qeyd edib ki, bu növ hallar həm texniki xəta, həm də işəgötürənin səhlənkarlığı nəticəsində baş verə bilər, lakin hər iki halda vətəndaşın hüquqları qorunur: “İstehsalat sahəsində zərərli və ağır şərtləri olan işlərdə çalışan işçinin əmək müqaviləsi bildirişi "e-gov.az" portalında qeydiyyata alınarkən, iş şəraitinin zərərli olması barədə müvafiq qeydlər daxil edilmədikdə, işçi əlavə məzuniyyət, qısaldılmış iş vaxtı və əməkhaqqına əlavələr kimi güzəştlərdən məhrum olur. Belə bir halla qarşılaşan vətəndaş hüquqlarını bərpa etmək üçün DOST mərkəzinə müraciət etməlidir. Müraciətdən sonra araşdırma işləri aparılır, vətəndaşa dəyən zərər kompensasiya edilir və elektron sistemdə işlədiyi müəssisə tərəfindən həmin müddətin zərərli sahə olduğu qeyd edilir”.Xidmət rəisi həmçinin vurğulayıb ki, müəssisənin mülkiyyət formasından — dövlət və ya özəl olmasından asılı olmayaraq, bütün qurumlarda belə bir hal baş verərsə, Müfəttişlik dərhal araşdırma apararaq məsələnin qanunvericilik çərçivəsində həllini təmin edir.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
108
metbuat.az

1Mənbələr