AZ

Lerikə qar yağdı: evin damı uçdu – FOTO

Qarın ağırlığına tab gətirməyən evin dam örtüyü dağılıb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayonunun Hamarmeşə kəndində yağan intensiv qar kənd sakini Asəf Əlirza oğlu Muradova məxsus fərdi yaşayış evinin dam örtüyünü sıradan çıxarıb.

Hadisə zamanı evdə ailə üzvlərindən Şəhla və azyaşlı qızı Əsmər olub, ailənin oğlu isə hərbi xidmətə yeni yola salınıb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb. Evin daxilində olan bütün əşyalar qonşuların köməyi ilə təhlükəsiz şəkildə yaxınlıqdakı evə daşınıb.

Hadisə ilə bağlı aidiyyətı qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının
evinə yerləşdirilib.

Qeyd edək ki, kəndə 1 metrə yaxın qar yağıb.

Turab

Seçilən
127
nocomment.az

1Mənbələr