AZ

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər Yaponiya mediasının diqqət mərkəzindədir  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında və “Euronews” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər Yaponiyanın telekanalları, informasiya agentlikləri, qəzet və xəbər portallarının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın rəsmi “Kyodo” və “Oita-Press” agentlikləri, “Nara Sinbun” qəzeti, “Kanaloko” telekanalı, “Tokyo-np”, “Sanyon News”, “Hokkaydo-np”, “Nara-np”, “Chibanippo”, “Ninpo”, “İbaraki- news”, “Kochi-news”, “Chunichi”, “47-news”, “News-jp” portalları Azərbaycanın dövlət başçısının regional sülhün bərqərar olması ilə bağlı fikirlərini ön plana çıxarıb.

Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın 30 il münaqişə vəziyyətində olduğu qonşu Ermənistanla münasibətlərin normallaşması prosesindən bəhs edib.

Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı artıq müharibə səhifəsinin bağlandığını vurğulayaraq deyib: “Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi. Dediyim kimi, artıq bu, rekord bir sürətlə baş verdi - müharibədən, 2023-cü ilin sentyabr ayının ciddi hərbi toqquşmasından 2025-ci ilin avqust ayınadək. Həmin vaxt mən və Ermənistanın Baş naziri bəyannaməni imzaladıq və sülh sazişi Prezident Trampın iştirakı ilə paraflandı. O isə həmin bəyannaməni şahid kimi imzaladı. Dediyim kimi, biz həmin müharibəyə dünyanın bir nömrəli ofisində son qoyduq”.

Yapon mətbuatı diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu gün paralel şəkildə gedən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə yaxınlaşmasına toxunub. Dövlət başçısı deyib: “Bu, mütləq paralel şəkildə və eyni vaxtda Türkiyə ilə Ermənistan və Azərbaycan ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə nəticələnəcək. Bununla da biz geniş coğrafi ərazidə, Avrasiyanın bir hissəsində bağlantı, enerji təhlükəsizliyi, sülh və sabitlik baxımından olduqca əhəmiyyətli addım atırıq. Bu, uzun illər davam edən müharibələrin əməkdaşlığa və tərəfdaşlığa çevrilməsinin nümunəsidir”.

“Rəsmi Kyodo agentliyi yazıb: “Cənab İlham Əliyev Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin əvvəllər dərin münaqişədə olan ölkələr üçün əməkdaşlıq mərhələsinə keçmək üzrə yaxşı bir nümunəyə çevrildiyini bildirib”.

Seçilən
6
azerbaijan-news.az

1Mənbələr