Azərbaycanda “Sabah” və “Kəpəz”in formasını geyinmiş Mixeil Erqemlidzenin yeni klubu bəlli olub.
İdmanxeber.az xəbər verir ki, 26 yaşlı gürcüstanlı vinger karyerasını Qırğızıstanda davam etdirəcək. O, yerli “Neftçi” klubu ilə 1 illik müqavilə imzalayıb.
Erqemlidze 2021–2022 mövsümündə “Sabah”da çıxış edib, “Kəpəz”də isə icarə əsasında oynayıb.
Azərbaycanı tərk etdikdən sonra o, Şimali Makedoniya, Gürcüstan, Kamboca, Litva və Çexiya klublarında forma geyinib.