Rumıniya hələ Sülh Şurasına qoşulmayacaq, çünki ölkənin giriş haqqını ödəmək üçün bir milyard dolları yoxdur.
Hafta.az xəbərinə görə, bu barədə "Antena 3" nəşri mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Rumıniya "analitik gözləmə" vəziyyətindədir. Rumıniya Prezidenti Nikuşor Dan Sülh Şurası Nizamnaməsinin məzmununun ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklər baxımından dərindən təhlil edilməsi prosesinə başlayıb. Bundan əlavə, ölkənin şuraya qoşulmaq üçün "maliyyə bazası" yoxdur.
Daha əvvəl Nikuşor Dan əvvəllər ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı vəziyyətin nizamlanması üzrə Sülh Şurasının yaradılması təşəbbüsünü alqışlayıb. Rumıniya iştirak üçün dəvət edilmişdi. Lakin nəşrin məlumatına görə, dövlət başçısı şuranın nizamnaməsinin təsdiqlənə biləcəyi Davosa getməyəcək.