İsveçrənin Davos şəhərində ABŞ prezidenti Donald Tramp həftələrdir NATO alyansını sarsıdan və yeni qlobal ticarət müharibəsi riskini yaradan ritorikadan geri çəkilib. Ötən həftə sonu Tramp Qrenlandiya ilə bağlı iddialarını dəstəkləmək üçün səkkiz Avropa ölkəsindən ABŞ-a ixrac edilən mallara artan tariflər tətbiq etməklə hədələmişdi.
Lakin, İsveçrədə NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra Tramp Qərbi Arktikakı müttəfiqlərinin 57.000 əhalisi olan bu strateji əhəmiyyətli ada bölgəsi ilə bağlı yeni bir razılaşma əldə edə biləcəyini bildirib.
“Daily Mail” qəzetinin məlumatına görə, Tramp Qrenlandiya sakinlərinə ABŞ-a birləşmək üçün səs verdikləri təqdirdə adambaşına 1 milyon dollar təklif etməyi düşünür.
Qeyd edilir ki, Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiqindən imtina edən Tramp, diqqətini əhalini Danimarkadan ayrılmağa inandırmağa yönəldib.
Əgər o, strateji cəhətdən həyati əhəmiyyət kəsb edən bölgənin bütün 57.000 sakininin hamısına ödəniş etsə, bu 57 milyard dollar edir ki, bu da ABŞ-ın hər il müdafiəyə xərclədiyi 800 milyard dolların kiçik bir hissəsini təşkil edir. Ada sakinləri isə Trampın təklif etdiyi pulu qəbul etmək üçün referendum keçirilməsini qəbul etməlidir.
Əvvəllər Ağ Evin hər bir Qrenlandiya sakininə 100 min dollar təklif etməyi düşündüyü bildirilirdi. Lakin Kopenhagen dəfələrlə minerallarla zəngin adanın satılmadığını bildirib.
TAHİR