AZ

Vandalizmə qarşı sərt qərarlar üçün Tbilisi meriyası parlamentə müraciət edəcək

Tbilisi, 22 yanvar, AZƏRTAC

Tbilisi meri Kaxa Kaladze vandalizmlə mübarizənin daha effektiv olması üçün sərt qanunların qəbulunu tələb edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə şəhər meri özü məlumat verib.

Onun sözlərinə görə, şəhərdə hələ də həll edilməli bir çox problemlərin olmasına baxmayaraq, bəzi vətəndaşların binaların fasadlarını qəsdən və vandal şəkildə zədələməsi halları davam edir.

“Son 2 ildə təxminən 5 min vandalizm faktı qeydə alınıb, bunlar tarixi binalar, mədəni irs abidələri, dövlət binaları, metro çıxışları, dayanacaqlardır. Əlbəttə ki, bu münasibət qəti şəkildə qəbuledilməzdir”, - deyə Kaladze vurğulayıb.

Mer deyib ki, bu istiqamətdə bir sıra qanunlar var, amma onlar bir qədər yumşaqdır. Ona görə də qanunvericiliyin sərtləşdirilməsi üçün Parlamentə müraciət ediləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

Seçilən
3
azertag.az

1Mənbələr