AZ

Cahangir Məmmədli: BDU və AZƏRTAC arasında qurulan əməkdaşlıq olduqca uğurlu və nümunəvidir

Bakı, 22 yanvar, AZƏRTAC

Bakı Dövlət Universiteti və AZƏRTAC milli maraqlara söykənən, ictimai məsuliyyət daşıyan və xalqla sıx bağlı qurumlardır.

Bu sözləri Bakı Dövlət Universitetində (BDU) AZƏRTAC-ın xüsusi auditoriyasının açılışında BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli deyib.

O qeyd edib ki, bu iki nüfuzlu müəssisə arasında qurulan əməkdaşlıq olduqca uğurlu və nümunəvidir. Xüsusilə BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin AZƏRTAC-da istehsalat təcrübəsi keçməsi, daha sonra peşəkar jurnalist kimi burada fəaliyyətə başlaması bu əməkdaşlığın real və müsbət nəticəsidir. Bu proses gənc kadrların formalaşmasına, onların media sahəsində praktik bilik və bacarıqlar qazanmasına mühüm töhfə verir.

“Bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanır, hər iki quruma fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram”, - deyə professor vurğulayıb.

Seçilən
113
azertag.az

1Mənbələr