NATO Danimarkanı, Qrenlandiyanı və şimal ölkələrini Rusiyanın təhdidlərindən qorumağa davam edəcək.
"Report"un müxbiri xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Davosda Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, alyans transatlantik tərəfdaşlığın fundamental prinsiplərini ardıcıl şəkildə müdafiə etmək niyyətindədir.
"Biz transatlantik tərəfdaşlığın əsaslandığı prinsipləri - suverenlik və ərazi bütövlüyünü qoruyacağıq", - Kansler vurğulayıb.