AZ

Adil Vəliyev: Özəl xəstəxanada onkoloji yardımın göstərilməsi ilə könüllü sığorta sistemi işə düşəcək

Özəl tibb müəssisələrində onkoloji yardımın göstərilməsi ilə bağlı könüllü sığorta sistemləri işə düşəcək. Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

 

A.Vəliyev xatırladıb ki, bu imkan yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələrinə veriləcək:

 

"Bu addım əhalinin sağlamlığının qorunması üçün mühüm hadisədir. Ödənişsiz, dövlət hesabına onkoloji yardım yenə də ancaq ixtisaslaşmış dövlət tibb müəsissələrində həyata keçiriləcək. Özəl müəssisələr bunu ödənişsiz etməyəcəklər. Amma özəl tibb müəssisələri istəsə, onkoloji yardımı ödənişsiz də edə bilər. Bu məsələdə könüllü sığorta sistemləri də işə düşəcək".

 

Report

Tarix: 22 Yanvar 2026, 13:33   
Seçilən
61
4
pravda.az

5Mənbələr