AZ

ARB televiziyası Hikmət Rəhimovun filminə qoyulan qadağanı aradan qaldırdı

BAKI, 22 yanvar. TELEQRAF

Tanınmış aktyor Hikmət Rəhimov baş rolda oynadığı və rejissoru olduğu "Səkkiz" çoxseriyalı filminin Arb televiziyasında yayımı bərpa olunub.

Teleqraf xəbər verir ki, bu haqda aktyorun özü məlumat verib.

“‘Səkkiz’ filminin yayımı bərpa olunub. Dövlət həm yaradıcı heyətə, həm də tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə təşəkkür edirəm. Ədalətli qərar verən, Azərbaycan kino və serial sənayesinin inkişafına dəstək göstərən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına mane olan amildir. Yanvarın 24-də ARB televiziyasında "Səkkiz"in ilk bölümünün nümayişi olacaq.”

Qeyd edək ki, yaxın günlərdə “Səkkiz” serialının ARB televiziyasında və Park Cinema kinoteatrında yayımı dayandırılmışdı.

Seçilən
130
teleqraf.com

1Mənbələr