Bakı-Qazax magistral yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı üç nəqliyyat vasitəsi toqquşub.
Belə ki, VAZ-2107, BMW və "Hyundai" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Xəsarət alanlar barədə məlumat yoxdur.