AZ

Yaşa görə pensiya ÇIXANLARA VACİB XƏBƏR:2026-cı ildən etibarən bu DƏYİŞİKLİK EDİLİR

Azərbaycanda uzun müddət yaşa görə pensiyaya çıxmaq istəyən vətəndaşlara xüsusi güzəşt tətbiq olunurdu. Belə ki, 2006-cı ilə qədər olan dövrə görə 25 il staj hədiyyə olunurdu. İndi isə həmin mexanizim tədricən dəyişir. Mütəxəssislər bildirirlər ki, dəyişiklik birdən-birə deyil, mərhələli şkildə həyata keçiriləcək. İndiyədək qüvvədə olan qaydalara əsasən, fərdi hesabında 2006–2018-ci illər dövrü üzrə hər hansı məbləğdə pensiya kapitalı olan şəxsə 25 il sosial sığorta stajı hədiyyə edilirdi. Bu isə real iştirakı olmadan minimum pensiya hüququnun əldə edilməsinə imkan yaradırdı.

 

2026-cı ildən vətəndaşlara 25 il deyil, 24 il, 2027-ci ildə bu göstərici 23, 2028-ci ildə isə 22 staj hesablanacaq.

 

Tələb olunan 25 illik stajının qalan hissəsi isə pensiya yaşına çatmış şəxsdən tələb olunacaq.

 

Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

 

Oxu24.com

Tarix: 22 Yanvar 2026, 13:57   
Seçilən
11
pravda.az

1Mənbələr