AZ

Sakin: Şuşada çalışmaq, xidmət göstərmək şərəfli və məsuliyyətlidir

“Şuşaya köçən ilk 20 ailədən biri də bizim ailəmizdir. Mənzilimizin açarını cənab Prezident təqdim etdi. Bu, bizim üçün əlamətdar tarix olmaqla yanaşı, həm də Şuşa sakini kimi məsuliyyətimizi daha da artırdı”.

Bu sözləri APA-nın Qarabağ bürosuna Şuşa sakini Səbinə Məmmədova deyib.
Səbinə Məmmədova deyib ki, köçəndən sonra Şuşada öz peşəsi üzrə gözəllik salonunda xidmət göstərməyə başlayıb: "Həm yerli sakinlərə xidmət edirəm, həm də ailəmizin maddi vəziyyətinə köməklik göstərirəm. Müraciətim üzrə Dövlət Məşğulluq Xidməti tərəfindən avadanlıqlarla təmin olundum. Bu isə işimin daha keyfiyyətli və asan olmasına köməklik göstərdi. Ümumiyyətlə, Şuşada xidmət göstərmək böyük şərəf və böyük məsuliyyətdir".

Seçilən
89
apa.az

1Mənbələr