AZ

Azərbaycanın basketbol hakimləri mövsümortası fiziki testdən uğurla keçiblər

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Basketbol Federasiyasının (ABF) beynəlxalq dərəcəli hakimləri mövsümortası fiziki testdən uğurla keçiblər.

ABF-dən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakimlər mövsümün ortasında keçirilən qaçış testini uğurla tamamlayaraq, yay mövsümündə FIBA turnirlərində iştirak etmək hüququ qazanıblar.

Test FIBA-nın Azərbaycandakı milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.

Qeyd edək ki, testə ABF-nin müxtəlif liqalarında fəaliyyət göstərən hakimlər də cəlb olunub.

Seçilən
31
7
azertag.az

10Mənbələr