AZ

“Samsung” smartfonları üçün zərərli tətbiqlər açıqlandı

Bakı. Trend:

“ZDNET” nəşrinin IT mütəxəsisləri “Samsung” smartfonlarındansilinməli olan zərərli tətbiqləri açıqlayıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, material nəşrin saytında dərc olunub.

Məlumata görə, “Samsung” telefonları çox sayda öncədənquraşdırılmış tətbiqlərlə təqdim olunur, lakin onlardan bəziləriəslində cihazın məhsuldarlığını zəiflədir və istifadəçilərə mənfitəsir göstərir.

İlk qeyd olunan tətbiq “Global Goals” olub. Bu, dayanıqlıinkişaf mövzusuna həsr edilmiş və ianə etməyə imkan verənproqramdır. Digər tətbiqlər sırasında isə “Samsung Free”göstərilib. Hansı ki, pulsuz video yayımları təqdim edən, lakinfunksionallığı məhdud olan proqramdır.

“Samsung TV Plus” isə reklamla dəstəklənən pulsuz axınteleviziya xidmətidir. Lakin "ZDNet" müəlliflərinin sözlərinə görə,burada demək olar ki, orijinal məzmun yoxdur, çünki "Samsung"televiziya şouları istehsal etmir və filmlər çəkmir. “Samsung Shop”isə "Samsung" cihazları üçün tətbiqlər təqdim edən xidmətdir və onu“Google Play” ilə əvəz etmək mümkündür.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr