AZ

Səfir “Qarabağ”-“Ayntraxt” matçına düzgün proqnoz verəni makafatlandıracaq

“"Qarabağ" FK-nı "Ayntraxt Frankfurt" üzərində 3-2 hesablı qələbə münasibətilə ürəkdən təbrik edirik!”.

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, səfir Ralf Horlemann və Almaniyanın Azərbaycandakı səfirliyinin bir qrup əməkdaşı dünən Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” – “Ayntraxt” oyununu canlı izləyiblər.

“Tofiq Bəhramov adına Respublika Stadionunun unikal atmosferində həyəcanlı bir oyun və gözəl bir futbol axşamı oldu”, - deyə səfirlik bəyan edib.

Qeyd edək ki, Almaniyanın Azərbaycandakı səfirliyi dünənki oyundan əvvəl azarkeşlər arasında sorğu keçirib. Matçın nəgticəsini doğru proqnoz edən qalibin adı bu gün açıqlanacaq.
 

Seçilən
11
1
modern.az

2Mənbələr