AZ

Lənkəranda valyuta dəyişmə ilə məşğul yaşlı kişiyə qarşı quldurluq etdi: “Nənəmlə həcdə olublar”

Lənkəranda 2002-ci il təvəllüdlü Azər valyuta dəyişmə biznesi ilə məşğul olan Xubəliyə qarşı quldurluq edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Azər 11 fevral 2024-cü ildə saat 16 radələrində Cil kəndindəki evindən Lənkəran şəhərinə, “Mərkəzi bazar”a gedib.

Orada fərdi qaydada valyuta dəyişmə ilə məşğul olan 1938-ci il təvəllüdlü Xubəlinin pulunu asanlıqla ələ keçirə biləcəyini güman edib. Yalandan ona qoca nənəsinin 200 min rus rublunu Azərbaycan manatına dəyişmək istədiyini bildirib, birlikdə yaşadığı kəndə getməyi təklif edib.

Təklifə inanan Xubəli taksi işlədən qohumunun “Kia Rio” markalı avtomobilində Azərlə birlikdə saat 19 radələrində Cil kəndinə gedib.

Azər Xubəlini evin həyətinə dəvət edib. Evdə işıqlarının yanmadığını və heç kəsin olmadığını görən qonağın məsələdən hali olduğunu başa düşüb. Gödəkçəsinin sağ cibində saxladığı bıçaqla qəflətən Xubəliyə hücum edib. Ondan pul tələb edib. Cibində 1600 manat pul olan Xubəli əlindəki əsa ilə müqavimət göstərib.

Seçilən
57
1
publika.az

5Mənbələr