AZ

Putin Qrenlandiyanın "qiymətini" açıqladı

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Qrenlandiya satışa çıxarılsa, onun qiyməti 200 milyon dollardan 1 milyard dollara qədər ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə o, Təhlükəsizlik Şurasının iclasında danışıb.

Putin bildirib ki, Qrenlandiyanın sahəsi Alyaskadan bir qədər böyükdür və ABŞ-ın Alyaskanı alarkən ödədiyi məbləği nəzərə alsaq, Qrenlandiyanın qiyməti təxminən 200-250 milyon dollar təşkil edər. Əgər o dövrdəki qızıl qiymətləri ilə müqayisə etsək, rəqəm 1 milyard dollara yaxın ola bilər.

Prezident Qrenlandiya məsələsinin Rusiyaya aid olmadığını vurğulayıb və əlavə edib ki, Danimarka adaya hər zaman sərt və faktiki olaraq qəddar yanaşıb.

Milli.Az

Seçilən
120
50
milli.az

10Mənbələr