Trampa hörmət edirəm amma, İsrailin öz qanunlar sistemi var.
APA xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Dünya İqtisadi Forumunda Baş naziri Benyamin Netanyahunun korrupsiya ittihamları ilə bağlı əfv olunması ehtimalı barədə danışarkən deyib.
“İndi prezident Trampın təklifi barədə ədliyyə nazirliyində əlaqəli agentliklərin rəyi toplanır. Mən bunu poza bilmərəm, çünki, mən qaydalara uyğun əməl etməliyəm. Mən prezident Trampa dərin hörmət bəsləyirəm. Əlbətdə ki, bizim öz qanun sistemimiz var və bu çərçivədə hərəkət edəcəm”, - İsrail prezidenti qeyd edib.
Xatırladaqki, ABŞ prezidenti Donald Tramp İsxak Hersoqdan Netanyahunun əfv edilməsini xahiş edib.