AZ

Bu avtomobillər sağlamlıq üçün təhlükəlidir? - AÇIQLAMA

Elektrik avtomomobilləri günümüzün reallığıdır. Və hər kəs belə bir avtomobilə sahib olmaq istəyir. Çünki elektrik avtomobilləri həm qənaətcildir, həm də komfortlu.

Lakin son vaxtlar bu avtomobillə bağlı müxtəlif fikirlər səsləndirir. Hətta belə iddialar var ki, elektriklə işləyən avtoomobillərdəki akkumlyatorlar ətrafa radiasiya ötürür. Ona görə də belə avtomobillərin sürücülərinin xərçəng xəstəliyinə tutulma ehtimalı böyükdür.

Mövzu ilə bağlı News365.az- a danışan onkoloq Asif Abbasov deyib ki, bu yeni bir məsələ deyil:

Öncə qeyd edim ki,hər radiasiya (şüa) onkoloji təhlükə yaratmır.Əsasən ionlaşdırıcı şüalar hüceyrələrin DNT-sini zədələyərək yeni şiş hüceyrələrinin meydana çıxmasına səbəb olur.Bu şüalara isə əsasən qamma,rentgen,radioktiv maddələr aid edilir. Elektromobillərdəki litium-ion akkumlyatorların və elektrik mühərriklər isə ətrafa ionlaşdırıcı şüa yaymadığından onkoloji təhlükə yaratmır.Obrazlı desəm,bu gün mobil telefonlar,WI-FI routerləri,digər elektrik cihazları nə qədər təhlükəlidirsə,elektromobillər də bir o qədər təhlükəlidir.                       Bu akkumlyatorların xüsusi yerlərdə nəzarət altında utilizasiyası isə xərçəng riskindən çox,kimyəvi təhlükə və ekologiya ilə əlaqədardır.            Son olaraq onu bildirim ki,bu gun müasir tibbdə elektromobillərin xərçəng yaratması barədə hələ ki,heç bir araşdırma və data yoxdur”.Bottom of Form

 

News365.az

Seçilən
168
news365.az

1Mənbələr