AZ

Həbsindən dərs çıxarmayan sürücü Gəncə küçələrində yenidən “hoqqa” verir VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Gəncə şəhərində bir müddət əvvəl törətdiyi xətalara görə həbs olunan sürücü yenidən yol hərəkəti qaydalarını pozaraq videonu sosial şəbəkədə paylaşıb.

Avtosfer.az xəbər verir ki, 77-QR-674 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü bütöv xətti pozaraq əks istiqamətli yola çıxıb və axına qarşı hərəkət edib. O, əks yoldan gələn sürücülərin yolunu kəsərək qəza şəraiti yaradıb. Buna baxmayaraq, sürücü hərəkətinə davam edib və növbəsini gözləmədən yolayrıcına daxil olaraq təhlükəli vəziyyət yaradıb.

Xatırladaq ki, sözügedən sürücü ilə bağlı saytımızda bir neçə xəbər dərc olunub. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, Rəhimov Əvəz Nadir oğlu ötən ilin dekabrında polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati həbs olunub.

Lakin sürücü xəbərdarlıqlara və tətbiq edilən cəzalara məhəl qoymayaraq sosial şəbəkələrdə törətdiyi qayda pozuntularının videolarını açıq-aşkar yayımlamağa davam edir.

Nərmin

Oxunub 290

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
avtosfer.az

1Mənbələr