AZ

Sadiq Qurbanov: "Ötən il enerji siyasətinin əsas dayağı neft-qazın yaratdığı iqtisadi baza olub"

2025-ci ildə Azərbaycanda enerji siyasətinin əsas dayağı ənənəvi neft-qaz sektorunun yaratdığı iqtisadi baza olub.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov rəhbərlik etdiyi komitəni bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, ölkə Prezidenti bu sektoru Azərbaycanın enerji təhlükəsizliyinin beynəlxalq səviyyədə etibarlılığının və ölkəmizin regional əməkdaşlığının fundamental elementi kimi təqdim edib, eyni zamanda vurğulayıb ki, məhz bu sektorun yaratdığı maliyyə imkanları ekologiya siyasətin güclənməsinə, ətraf mühitin qorunmasına dair proqramların və bərpa olunan enerji layihələrinin reallaşdırılmasına xidmət edib: "​Cənub Qaz Dəhlizi və əlaqəli platformalar çərçivəsində səsləndirilən mövqelər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji rolunu qoruduğunu, eyni zamanda daha təmiz enerji keçidinə töhfə verdiyini xüsusi vurğulayıb. Bununla yanaşı, 2025-ci il bərpa olunan enerji mənbələrinin praktiki mərhələyə keçidi baxımından da həlledici il olub".

Seçilən
40
far.az

1Mənbələr