AZ

Kreml Ukrayna müdafiə nazirinin rusların öldürülməsi ilə bağlı açıqlamasına cavab verib

Kremldə Ukraynanın yeni müdafiə naziri Mixail Fedorovun “Ukrayna Silahlı Qüvvələrinin ayda 50.000 rusu öldürmək kimi strateji məqsədi” ilə bağlı açıqlamalarına diqqət etsələr də, bunda yeni bir şey olmadığı qeyd edilib.

Herbiand.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin Fedorovun açıqlamasına necə reaksiya verdiyi ilə bağlı jurnalistlərin sualına Peskov belə cavab verib: “Xüsusi hərbi əməliyyat davam edir. Diqqət yetirmişik. Əslində, burada yeni bir şey yoxdur”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr