AZ

Suriya hökuməti Rusiyanın hərbi bazasını ölkədən çıxardacaq

Suriya hökuməti ölkənin şimalında, Kamışlı aerodromunda yerləşən Rusiya hərbçilərinin çıxarılması məsələsini gündəmə gətirməyi nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Dəməşqdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, müzakirələr Kamışlının yerləşdiyi Həsəkə vilayəti üzərində nəzarət kürd silahlı birləşmələrindən Suriya hakimiyyətinə keçdikdən sonra başlaya bilər. Bildirilir ki, bu halda Rusiya tərəfinə aerodromu tamamilə tərk etmək təklifi irəli sürülə bilər.

Həmin mənbə qeyd edib ki, mövcud şəraitdə Kamışlıda Rusiya hərbi kontingentinin yerləşdirilməsi artıq öz aktuallığını itirib. Bununla belə, mümkün razılaşmaların detalları açıqlanmayıb.

Qeyd edək ki, Kamışlı aerodromu Rusiyanın Suriyadakı üç əsas hərbi obyektindən biri hesab olunur.

Aliyə

Seçilən
71
nocomment.az

1Mənbələr