AZ

İğtişaşlar zamanı 690 terrorçu öldürülüb - İran MTŞ

İğtişaşlar zamanı 690 nəfər terrorçu öldürülüb.

"Yeni Sabah" Fars News-a istinadla xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Şurası (MTŞ) məlumat yayıb.

Bundan əvvəl dekabrın 28-də başlamış və 2026-cı ilin əvvəlində davam edən 12 günlük etiraz aksiyaları zamanı ölənlərin ümumi sayı elan olunub.

Həyatını itirən 3117 nəfərdən 2427-nin polis, təhlükəsizlik əməkdaşı və mülki şəxslər olduğu elan edilib. İranın Şəhid Vəqfi onlara şəhid statusu verib.

Hazırda İran xəstəxanalarında çoxlu yaralı müalicə olunur.

Milli Təhlükəsizlik Şurasının açıqlamasında şəhid olan təhlükəsizlik qüvvələrinin əksəriyyətinin güllələndiyi bildirilib. "Hadisələrdə həlak olan insanların əhəmiyyətli bir hissəsi yaxın məsafədən vurulub. 15 nəfər yandırılıb.

Əziz Rzazadə


Telegram kanalımız
Seçilən
51
yenisabah.az

1Mənbələr