Türkiyənin Mardin vilayətində 4 yaşlı Nazlı Aldemir küçə itlərinin hücumu nəticəsində ağır yaralanıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Midyat rayonunda yaşanıb.
Məlumata görə, Nazlı kənddəki evlərinin qarşısında oynayarkən küçə itlərinin hücumuna məruz qalıb.
Hadisədən sonra xəstənaya aparılan uşaq reanimasiyaya yerləşdirilib, hazırda vəziyyəti ağırdır.