Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın atası Yaşar bəyə aid görüntülər ilk dəfə ictimaiyyətə təqdim olunub.
Milli.Az-ın məlumatına görə, sözügedən görüntülər "Rəngarəng" verilişində efirə gedib. Proqramda süni intellekt texnologiyası vasitəsilə Aysun İsmayılova ilə atasının fotosu və videosu hazırlanaraq nümayiş etdirilib.

Qeyd edək ki, ötən gün Aysun İsmayılova 28 ildən sonra ilk dəfə atasının səsini eşidib. Yaşar bəy canlı efirə zəng edərək qızı ilə telefon əlaqəsi saxlayıb. Atasının səsini eşidən Aysun duyğulanaraq göz yaşlarını saxlaya bilməyib.
Canlı yayım zamanı Yaşar bəy qızı ilə görüşmək istədiyini bildirib və Aysunun adının əslində Ayşə olduğunu açıqlayıb. Aysun İsmayılova isə illər əvvəl atasının yaşadığı ünvana getdiyini, lakin onu qəbul etmədiklərini daha öncə açıqlamışdı.
Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.