AZ

Kevin Medina bu göstərici üzrə ÇL-in ən yaxşıları sırasında

UEFA Çempionlar Liqasının 7 turunun oyunlarından sonra "Qarabağ"ın müdafiəçisi Kevin Medina ən çox top qazanan oyunçuların siyahısında yer alıb.

Publika.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

32 yaşlı müdafiəçi 7 görüşdə ümumilikdə 52 dəfə top qazanıb. O, bu göstəricidə turnir üzrə beşincidir.

Cədvələ "Atletik"dən Aytor Parades (68) liderlik edir. "Atalanta"dan Odilon Kossunu (56) 2-ci, "Kayrat"dan Yeqor Sorokin (54) 3-cü, "Slaviya"dan David Zima (53) isə 4-cüdür.

Seçilən
64
publika.az

1Mənbələr