AZ

Deputat: "İçməli su və kanalizasiya xidmətləri ilə bağlı problemlər çoxdur"

Azərbaycanda içməli su və kanalizasiya xidmətləri ilə bağlı problemlər həddindən artıq çoxdur.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Rövşən Muradov bildirib.

"Xüsusilə yağış və tullantı sularının axıdılmasına dair acınacaqlı vəziyyət var. Bu qədər vəsait ayrılıb, bu qədər iş görülüb, amma nəticə elədir ki, həyəcan təbili çalınır. Yağış yağanda şəhərimizi su basır, insanlar əziyyət çəkir, obyektlərə ziyan dəyir. "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nın icrasına cəlb olunmuş nazirliklər və dövlət komitələri iş gördükcə bizə məlumat versin, biz də mütəmadi olaraq vətəndaşlarımıza bu barədə məlumat verək. Yəni, əlimizdə çevik informasiya məhsulu olsun. Bu, uzunmüddətli dövlət proqramıdır, milli strategiyadır. Dövlət bura böyük vəsaitlər xərcləyəcək, özü də ki biz fikirləşirik ki, xaricdən vəsait cəlb edək, çünki xarici borcumuzu azaltmışıq".

Seçilən
11
1
far.az

2Mənbələr