AZ

Putin bu gün Sülh Şurasına vəsait ayırma imkanını müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bu gün ABŞ nümayəndələri ilə görüşündə ölkəsinin dondurulmuş aktivlərindən Sülh Şurasına vəsait ayırma imkanını müzakirə etməyi planlaşdırır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o bu barədə Moskvada səfərdə olan Fələstin Prezidenti Mahmud Abbas ilə görüşü zamanı bildirib.

"Belə variantları əvvəllər də ABŞ administrasiyasının nümayəndələri ilə müzakirə etmişik və bu gün Moskvada bu mövzuda görüş və müzakirə planlaşdırılır", - Rusiya Prezidenti deyib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının yaradılması təşəbbüsü Fələstində və Qəzza zolağında vəziyyətin tənzimlənməsinə yönəlib.

Seçilən
25
far.az

1Mənbələr