AZ

Hüquq və İnsan Haqları İnstitutu 2025-ci ildə 32 təlim keçirdi, 952 iştirakçı faydalandı

Hüquq və İnsan Haqları İnstitutu 2025-ci il ərzində insan hüquqlarının müxtəlif aspektlərinə dair 32 təlim təşkil edib. İnstitutun məlumatına görə, bu təlimlərdən ümumilikdə 952 iştirakçı yararlanıb.

QHT.az xəbər verir ki, təlimlər müxtəlif qruplar üçün nəzərdə tutulub: tələbələr və gənclər, bələdiyyə nümayəndələri, orta təhsil müəssisələrinin şagird və müəllim heyəti, media nümayəndələri, QHT-lər və hərbi qulluqçular daxil olmaqla geniş auditoriyaya xidmət göstərib.

Ən çox təlim iştirakçısı tələbələr və gənclər (245 nəfər) və bələdiyyə nümayəndələri (210 nəfər) olub. İnstitut bildirib ki, bu təşəbbüslər vətəndaş cəmiyyətinin maariflənməsinə və insan hüquqları sahəsində biliklərin artırılmasına yönəlib.

 

Seçilən
21
qht.az

1Mənbələr